Dünya futbolu
Platinidən Blatterə daha bir etiraz
UEFA prezidenti Mişel Platini FİFA ilə bird aha fakir ayrılığı …
UEFA prezidenti Mişel Platini FİFA ilə bird aha fakir ayrılığı yaşayıb. Futbolinfo.az xəbər verir ki, o, Yozef Blatterin rəhbərlik etdiyi qurumun tətbiq edəcəyi futbolda mübahisəli epizodları haqqında dəqiq qərar verilməsi üçün istifadə olunması gündəmdə olan video təkrarların əleyhinə olduğunu açıqlayıb:
"Bunun əleyhinəyəm. Mən futbol adamıyam və düşünürəm ki, videolar vasitəsilə oyunu idarə etmək yaxşı ideya deyil. Futbolu canlı insanlar oynayır, robotlar deyil. Buna görə də oyunu insanlar idarə etməlidi, video kameralar yox".
Xatırladaq ki, daha öncə FİFA prezidenti Yozef Blatter bu fikri dəstəklədiyini, hətta sözü gedən texnologiyanın 2015-ci ildə Yeni Zellandiyada keçiriləcək gənclər arasında Dünya çempionatında istifadə olunacağını bildirmişdi.