Premyer-liqa
"Keçmiş komandama qarşı oyunda qeyr-adi heç nə hiss etmədim"
Topaz Premyer Liqasının 5-ci turunda “Qarabağ” səfərd…
Topaz Premyer Liqasının 5-ci turunda “Qarabağ” səfərdə AZAL-ı 3:0 hesabı ilə məğlub edərək, yeni mövsümdə ilk qələbəsini qazandı. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun start heyətində meydana çıxan Cavid Tağıyev keçmiş komandasına qarşı oynadı.
Böyükhesablı qələbədə də payı olan yarımmüdafiəçi saytımıza açıqlamasında keçmiş komandası ilə baş tutan qarşılaşma haqda bunları dedi:
“Çətin oyun oldu. Meydana qələbə üçün çıxmışdıq. Keçmiş komandama qarşı oyunda qeyr-adi heç nə hiss etmədim. Avropa Liqasında olduğu kimi, çempionat oyununa da ciddi hazırlaşırıq. Bilirdik ki, AZAL-la bizi çətin oyun gözləyir. Ancaq komanda şəklində qələbəyə köklənmişdik. 1:0 və ya 2:0-lıq qələbənin önəmi yoxdu. Əsas odu ki, qələbə qazandıq. Hava küləkli olsa da, bu amil bizim qələbəmizdə elə də böyük rol oynamadı”.a
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları