Dünya futbolu
Azarkeşlər Peresi istefaya çağırdı
Madrid "Real"ının azarkeşləri klubun prezidenti Florenti…
Madrid "Real"ının azarkeşləri klubun prezidenti Florentina Peresi istefaya səsləyiblər. Futbolinfo.az xəbər verir ki, "Real"ın İspaniya La Liqasının 3-cü turunda əzəli rəqibi "Atletiko"ya 1:2 hesabı ilə uduzması azarkeşlərin qəzəbinə səbəb olub.
Oyun ərzində Peresin əleyhinə şüarlar səsləndirən bir qrup fanat matçdan sonra da etirazlarını davam etdiriblər. Azarkeşlər komandanın yeni mövsümə uğursuz start verməsində məhz Peresin günahkar olduğunu düşünürlər.
Qeyd edək ki, "Real" La Liqada geridə qalan üç turdan sonra 3 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var