Ölkə futbolu
16 ilə 6 pillə
AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının böyük hissəsi Rövnəq Abdullayevin təriflənməsinə həsr olundu. Guya ki, sabiq prezident 16 il ərzində o qədər böyük işlər görüb ki…
Hətta Abdullayevə məxsus “CBC Sport” kanalı günlərdir xüsusi buraxılışlar hazırlayır, hər verilişdə Rövnəq bəyin “xidmətlər”indən “danışır”. Belə məlum olur ki, sən demə, dövlətin maliyyəsi ilə ərsəyə gələn Bakı Olimpiya Stadionu da Abdullayevin hədiyyəsi imiş. Halbuki bu qurğunun AFFA-ya yaxından-uzaqdan dəxli yoxdur.
Sabiq prezidentin Azərbaycan futboluna töhfəsi millimizin FİFA reytinqindəki yeridir. Abdullayevin hakimiyyətə gəldyi 2008-ci ilin martında yığmamız 119-cu pillədə idisə, indi 113-cüdür. 16 il ərzində futbolumuzda yüzmilyonlar xərclənib, milyardlar dövr edib, əvəzində yalnız 6 pillə irəliləmişik.
Müqayisə üçün klub reytinqinə baxmaq kifayətdir. AFFA-nın barmağını toxundura bilmədiyi “Qarabağ”ın sayəsində UEFA-da ən üst mövqelərə gəlmişik.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…