Dünya futbolu
16 yaşlı futbolçu tarixə düşdü
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Barselona”nın vingeri Lamin Yamal tarixə düşüb.
Futbolinfo.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi La Liqanın 24-cü turunda “Qranada” ilə oyunda (3:3) dubl edərək buna nail olub.
Bununla 16 yaşlı hücumameyilli oyunçu cari mövsümdə ölkə çempionatında qol sayını 3-ə çatdırıb. Yamaldan əvvəl La Liqa tarixində heç kim 17 yaşına çatana qədər rəqib qapılarından 3 top keçirməyib.
İker Muniain və Ansu Fati 2 qol vurmağı bacarmışdılar.
“Barselona” hazırda 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)