Ölkə futbolu
Dağlanmış fransızlar
Dünən Azərbaycan çempionu "Qarabağ" Avropa Li…
Dünən Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk matçında "Sent-Etyen"lə qarşılaşdı. Ağdam klubu bu matçda üstün oyun göstərsə də, əlinə düşən imkanlardan yaxşı istifadə edə bilmədiyi üçün meydandan 0:0 bərabərliklə ayrıldı.
Hər halda yerli azarkeşlərimiz və futbol ictimaiyəti üçün Azərbaycanı təmsil edən bir komandanın Avroliqanın qruplarına vəsiqə qazanması belə böyük uğurdu. Bu səbəbdən də həmin matçdakı nəticəyə görə heç kim komandamızı qınamadı. Amma deyəsən, bu nəticə və ümumiyyətlə, Azərbaycanı, Qarabağı təmsil edən bir klubun Avroliqadakı nəticələri və çıxışı bəzi ermənipərəstləri dərindən narahat edir, o cümlədən mənfur qonşularımızın ən yaxın havadarı fransızları da.
Düzdü, oyundan sonra rəqib komandanın futbolçuları və baş məşqçisi nəticədən razı qalsalar da, bu oyun fransızlara dağ çəkib. Belə qənaətə gəlmək üçün bununla bağlı istər sosial şəbəkələrdə, istərsə də, Fransada fəaliyyət göstərən idman xəbər portallarında yazılan şərhlərə nəzər salmaq kifayət edər. "Sent-Etyen"li fanatlar bu nəticədən sonra demək olar ki, dəliyə dönüb. Bu səbəbdən də onlar komandalarını tənqid atəşinə tutublar.
Fanatları ən çox narahat edən isə Azərbaycan və Qarabağ adlarıdı. Ümumi olaraq götürsək, onların şərhlərində ən çox bu cümlələr yer alırdı: "Əgər oraya gedib, bizi biabır edəcəkdinizsə, niyə gedirdiniz?", "Gedib, heç adı belə bilinməyən ölkənin komandasını uda bilmirsiniz, sonra da utanmadan deyirsiniz ki, yaxşı nəticə qazandıq", "O komanda nədi axı. Onlar heç bizim aşağı liqalarımızda belə oynaya bilməzlər", "Bu nəticədən sonra heç buraya da gəlməyəydiz kaş. Cəhənnəm olub, gedərdiz", “O ölkəni və komandanı kim tanıyır ki, siz də onlara güclü deyirsiniz", "Türklər, azərbaycanlılar, kipirlilər kimdi ki, bizləri onların qarşısında biabır edirsiniz?"
Belə baxanda, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan hər hansı komandanın asan rəqib olmadığını onlar da yaxşı bilirlər. Amma onların Azərbaycanla yanaşı Şimali Kiprin, Türkiyənin də adını çəkməsi məsələni bir qədər başqa səmtə çəkir və burada açıq-aşkar türk düşmənçiliyi özünü büruzə verir.
ELMAR VƏLİYEV
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var