Dünya futbolu
Mourinyo: “Ronaldo ilə problemim və əlaqəm yoxdu”
İngiltərənin "Çelsi" klubunun baş məşqçi…
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo sabiq futbolçusu Kriştianu Ronaldo haqda danışıb. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis açıqlamasında Ronaldo ilə aralarında heç bir problem və əlaqə olmadığını bildirib:
"Ronaldo ilə heç bir problemim yoxdu. Olmayıb da. O, "Real"ın futbolçusudu, mənsə "Çelsi"nin baş məşqçisiyəm. Küçədə görüşmürük. Onunla əlaqəmiz olmasa da, xatirələrimiz var. Ronaldonu İspaniya kubokunu və La Liqanı qazanmağımızda komandaya kömək edən futbolçu kimi xatırlayıram. Ona gələcək karyerasında yalnız uğurlar arzulaya bilərəm".