Dünya futbolu
Macarıstan millisində baş məşqçi dəyişikliyi
Macarıstan millisinin baş məşqçisi Atlla Pinter istefaya g&…
Macarıstan millisinin baş məşqçisi Atlla Pinter istefaya göndərilib. Futbolinfo.az xəbər verir ki, bununla da 48 yaşlı mütəxəsisin komandanın sükanı arxasınakı fəaliyyəti heç 1 il çəkməyib.
Ötən ilin dekabrında yığmanı çalışdırmağa başlayan məşqçinin rəhbərliyi altında Macarıstan yalnız 1 rəsmi oyun keçirmişdi. AÇ-2016-nın seçmə təsnifat mərhələsində Şimali İrlandiyaya 1:2 hesabı ilə məğlub olan macarlar uğursuz startla yadda qalıblar. Pinterin dövründə 4 yoldaşlıq görüşü keçirən milli 2 qələbə qazana bilmişdi.
Qeyd edək ki, artıq yeni çalışdırıcının adı da məlumdu. Bundan sonra komandanı Almaniyanın "Herta" klubunun sabiq baş məşqçisi Pal Dardai çalışdıracaq.