Dünya futbolu
“Donbass Arena” növbəti dəfə vuruldu
Donetsk "Şaxtyor"una məxsus olan "Donbass Arena"…
Donetsk "Şaxtyor"una məxsus olan "Donbass Arena" növbəti dəfə atəşə məruz qalıb. Futbolinfo.az xəbər verir ki, klub rəsmi açıqlamasında stadionun zərər gördüyünü açıqlayıb. "19 sentyabr saat 12:45-də stadionun yaxınlığında iki dəfə partlayış səsi eşidilib. Nəticədə arenanın fasadının şimal-şərq hissəsi zərər görüb.
Hadisə baş verən anda "Donbass Arena"nın əməkdaşları təhlükəsiz yerə evakuasiya olunub. Onlardan heç biri yaralanmayıb".
Xatırladaq ki, 23 avqustda bomba partlaması nəticəsində stadionun bir hissəsi çökmüşdü. Dəyən zərər 1 milyon dollar dəyərində qiymətləndirilirdi.
Bununla yanaşı, avqustun 29-dan 30-na keçən gecə "Şaxtyor"un əsas məşq bazası iki raketlə vurulmuşdu.