I Liqa
"Mil-Muğan"ın baş məşqçisi futboldan kənarlaşdırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionun 3-cü turunun “Mil-Muğan” – “Turan-T” matçındakı hadisəyə də baxılıb.
Belə ki, “Mil-Muğan” komandasının futbolçusu Fərid İbrahimlinin əvəzinə klubun digər futbolçusu Orxan Məhərrəmov iştirak edib. Matçın hakiminin iştirakı ilə hər iki futbolçunun sənədləri yoxlanılıb və həqiqətən də hadisənin yuxarıda qeyd olunduğu kimi olduğu aşkarlanıb. Qeydləri nəzərə alan İntizam Komitəsi “Mil-Muğan” klubu və baş məşqçisini cəzalandırıb.
“Mil-Muğan" limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 1000 manat cərimə olunub. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalıb. Vurulmuş qollar ləğv edilib.
Komandanın baş məşqçisi Mətləb Məmmədov isə saxtakarlığa yol verdiyinə görə 12 aylıq futbol fəaliyyətindən kənarlaşdırılıb və klub 1000 manat cərimə olunub.
- Ölkə futbolu2024-05-22 10:32
“Səbail”ə sponsor zərbəsi: büdcə azaldıldı
- I Liqa2024-05-22 18:22
“Şamaxı” I Liqanın qalibi oldu
- Müsahibə2024-05-23 08:00
Aleks Souza: “Menecerim danışmamağı tapşırıb”
- Ölkə futbolu2024-05-21 16:00
“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov