Dünya futbolu
UEFA “Monako” haqda araşdırma başlatdı
UEFA "Monako"nun maliyyə feyr-pleyi qaydalarını pozduğun…
UEFA "Monako"nun maliyyə feyr-pleyi qaydalarını pozduğunu iddia edərək araşdırma başladıb. Futbolinfo.az xəbər verir ki, iki il öncə rus biznesmen tərəfindən alınan və həmin ildəcə 2-ci liqadan Liqa 1-ə yüksələn knyazlıq klubunun etdiyi transferlər yoxlanılır.
Xatırladaq ki, cari mövsümdə "Monako" maliyyə cəhətdən çətinliklər yaşayır. Bu səbəbdən də Falkao "Mançester Yunayted"ə icarəyə verilib, Xames Rodriqes isə "Real"a satılıb.
Daha öncə PSJ feyr-pley qaydalarını pozduğu üçün cərimələnmişdi.