Dünya futbolu
Ançelotti yalanladı
Madrid “Real"ının baş məşqçisi Karlo Anç…
Madrid “Real"ının baş məşqçisi Karlo Ançelotti Kriştianu Ronaldonun "Mançester Yunayted"ə keçəcəyi barədə çıxan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, bunların əsassız olduğunu deyib:
"Ronaldonun "Mançester Yunayted"ə keçidi barədə çıxan xəbərlər söz-söhbətdi. Bu, sadəcə cəfəngiyatdı.
O, "Real"da oynamaqdan məmnundu. Digər oyunçular da ondan razıdı. Ronaldonun dünyanın ən yaxşı futbolçusu olduğuna şübhəm yoxdu. Xoşbəxtik ki, o, bizim komandada oynayır".