Ölkə futbolu
"İnter" türklərin iddiasını əsassız sayır
Hazırda Gürcüstanda təlim-məşq toplanışında olan &quo…
Hazırda Gürcüstanda təlim-məşq toplanışında olan "İnter"ə qarşı Türkiyədə fəaliyyət göstərən "Titanik Deluxe" oteli maraqlı iddia ilə çıxış edib. Futbolinfo.az xəbər verir ki, türklər "bankirlər"in onlara 24 min avro borclu olduğunu iddia edir.
Saytımıza açıqlama verən bakılıların mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov türklərin iddiasının əsassız olduğunu bəyan edib: "Belə məsələlər müqavilə əsasında olur. Müqavilədə göstərilən məbləği də ödəmişik. Otel qarşısında heç bir öhdəliyimiz yoxdu. Biz oteli tərk edəndə "chek ap" edirlər. Heç 24 min avro borcu olanı oteli tərk etməyə icazə verərlər? Bunu hansı əsaslarla istədiklərini bildirməlidilər. Biz müqavilədə göstərilən məbləği ödəmişik".