Bizi izləyin

Müsahibə

“Məni heç bir məbləğə almaq mümkün deyil”

Elnur Astanbəyli: “Ölkəmizi artıq xirtdəyimizə qədər…

blank
Elnur Astanbəyli: “Ölkəmizi artıq xirtdəyimizə qədər çıxan zibildən təmizləmək üçün özümü formada hiss edirəm”
 
“FUTPOLitika” – Azərbaycanda indiki siyasi durum, dünya futbolu və sən futbolçu olsaydın…
 
Onun yaşda olan futbolçuların karyerasının çöküş dövrüdür. Oyun ritmi pozulur, sadəcə, təcrübələri hesabına top qovurlar. Bu üzdən də əksəriyyəti futbolun Sibirinə – uzaq sahillərə üz tutur. Daha çox pul qazanmaq istəyi onları belə bir addımı atmağa vadar edir. Necə ki, Anri, Bekhem, Rivaldo və başqaları getdi – bax, o cür. Düzdü, Xavi kimi komandasını dar günündə tərk etməyən futbolçular da var.
O da istənilən şərtlər daxilində başqa yerə – əzəli rəqiblərinin klubuna transfer olunmayacağını bəyan edir. “Mən satılmayacağam!” söyləyir.
Söhbət, şair-publisist Elnur Astanbəylidən gedir. Onun “FUTPOLitika”nın meydanında necə oynadığını siz müəyyənləşdirin…
 
– Elnur Astanbəyli özünü as hesab edir?
– Qətiyyən. Ancaq hər işi vicdanla, ən yaxşı şəkildə görmək istədiyimə şübhəniz olmasın. Hərçənd bunda qeyri-adi heç nə yoxdur, normaldır və ilk növbədə bu, insanın özünə hörməti ilə bağlıdır.
 
– Futbol oynamaq üçün özünü formada hiss edirsən?
– Qrafite adlı futbolçu var, Almaniya çempionatında oynayır. “Bavariya”ya vurduğu möhtəşəm qol yadımdadır, bir dəfə onun haqqında maraqlı bir fakt oxumuşdum: sən demə, Qrafite 20 yaşınadək vətəni Braziliyada zibil təmizləməklə məşğul imiş. İndi mən də özümü ölkəmizi artıq xirtdəyimizə qədər çıxan tullantılardan xilas etmək üçün formada hiss edirəm, nəinki futbol oynamaq üçün.
 
– Neçə ildir meydandasan. İndiyə qədər rəqib qapıçılarını neçə dəfə məyus etmisən?
– Özümü meydanda hiss etdiyim vaxtdan artıq xeyli zaman keçir – hər halda 15 ilə çox qalmayıb. Qollarımı isə nə hesablayır, nə də xatırlamağa çalışıram. Bundansa yeni qapı torlarını silkələmək daha yaxşıdır.
 
– Ən yaddaqalan oyunun hansıdır?
– Məncə, həmin oyun hələ qarşıdadır. Hamımız üçün unudulmaz və uğurlu bir matç – bu gün olmasa da, sabah var!
 
– Üzvü olduğun Müsavat partiyasının baş məşqçisi dəyişildi. Yeni şəxslə işləyəcəksən?
– Qısa və konkret: Yox!
 
– Ancaq həbsdə olduğuna görə onun komandasına keçdiniz…
– O, həbsdə olduğuna görə yox, həbs edildiyinə görə! Bu, etirazın bir üsulu idi və o demək deyildi ki, kiminsə qarşısında ömürlük öhdəlik götürürəm. Eyni zamanda mənim və bir neçə digər dostumuzun bu cür davranışı aksiya xarakterli idi. O vaxt bu haqda açıqlamalarımda başqalarına da oxşar addımlar atmaq barədə çağırışları edirdim, qanunsuz siyasi həbslərə etiraz olaraq hər hansı real müxalifət partiyası sıralarına qoşulmalarını istəyirdim. Üstəlik, mənim yeni baş məşqçi adlandırdığınız şəxsə həbsdən əvvəlki və sonrakı münasibətim xeyli fərqlidir, bir çox siyası məhbuslara həbsdən əvvəlki və sonrakı münasibətim kimi!
 
– İndiyə kimi almaq istədiyin, ancaq hələlik əldə edə bilmədiyin mükafat hansıdır?
– Mükafatlar haqqında düşünmürəm. Bəzən ən böyük ödüllərin belə səmimi bir “sağ ol” qədər dəyəri olmaya bilər.
 
– “Qızıl top”u nəvaxtsa təmsil etdiyin komandanın hər hansı bir üzvü ala biləcək?
– Dedim axı, mükafatlar haqqında düşünmürəm. Ən böyük ödül insanın çəkdiyi zəhmətin bəhrəsini görə bilməsidir. Bu mənada mənim və komanda yoldaşlarımızın aydın və azad Azərbaycanı görəcəyimiz gün uzaqda deyil. Sən buna “Qızıl top”, bir başqası “Qızıl gop” da deyə bilər. Ancaq o ödülü qazanacağımız gün uzaqda deyil.
 
– Anar Rzayevlə bir müddət bir komanda da təmsil olunmusan. Niyə komandanı tərk etdin? Ehtiyat skamyada otururdun, müqavilənin şərtlərini yeniləməsini istəyirdin, yoxsa başqa səbəblər var?
– Heç bir səbəb yox idi. Sadəcə, sən yanılırsan: Biz onunla eyni komandada yox, bir çempionatda oynayırdıq. Sadəcə, Anar aşağı diviziona yuvarlandı, türklər demiş, “kümə düşdü”.
 
– Hansısa klubdan səni transfer etmək üçün təkliflər gəlir?
– Bir il əvvələdək belə təkliflər çox olurdu. Görünür, sonra başa düşdülər ki, mənasız cəhdlərdir. İndi oynadığım yerdən isə məmnunam. Məni heç bir məbləğə almaq mümkün deyil. Ümumiyyətlə, hətta futbolçu olsa da belə, insanın əşya kimi pulla alınıb-satılması anormallıqdır.
 
– “Mən ancaq satılmaya bilərəm, bəy. Əlimdən bundan başqa heç nə gəlmir” – bu fikirləri deyən Elnur Astanbəyli heç bir halda başqa komandaya transfer olunmayacaq?
– Heç bir halda. Dedim axı – əşyalar alınıb-satıla bilər, insanlar yox. İnsan alınıb-satılırsa, bu, artıq onun qul olması deməkdir.
 
– Yaxşı oynamaq üçün futbolçuya nə lazımdır? Pul, yoxsa meydan?
– Ağlın və qəlbin yoxdursa, pul və meydan olsa, nə mənası?!
 
– Robbenlə meydanda qarşılaşmalı olsanız, onu saxlamaq üçün nə edərsiz? Yıxarsız? Yoxsa buna ehtiyac yoxdur?
– Bunun üçün də sürət lazımdı. Ümumiyyətlə, Robbeni niyə yıxmalıyam? Sürətini izləmək daha maraqlı olardı. Gərək kimsə ona desin ki, “bəlkə bir az yavaşlasın”.
 
– Oyundan öncə içmək yaxşıdır, yoxsa sonra?
– Öncə də, sonra da, hətta oyun vaxtı da. İçkinin zamanı yoxdur. O vaxtdan ucada dayanır.
 
– Kiminlə eyni komandada oynamaq sizə zövq verir?
– Futbolçuların hər biri əziz və doğmadır. Onları bir-birindən ayırmaq komanda ruhuna aykırı olardı.
 
– Tarixdə kim qalacaq: Anar Rzayev, yoxsa Əkrəm Əylisli?
– Şübhəsiz, Əkrəm Əylisli. O, bütün göstəriciləri ilə Azərbaycanda yazıçı standartlarına cavab verən, bu obrazı yarada bilmiş yeganə “altmışıncı”dır.
 
– Başqa bir ölkəyə mühacirət etmək firkin var? Həbs olunan komanda yoldaşların sənə bir söz demir?
– Heç yerə getmək fikrim yoxdur. Həbsdəki dostlarımı isə salamlayıram, onların türmə qapısından keçirdikləri qolları ayaqda alqışlayıram.
 
– Sizi meydanda nə dayandıra bilər?
– Ümidsizlik. Düzdür, Bernard Şou deyirdi ki, “ümidi heç vaxt boşa çıxmayanlar heç vaxt ümid etməyənlərdir”. Ancaq filosoflardan biri də, – deyəsən, Nitsşe, –  ən azı Şou qədər haqlıdır: “Həqiqətin budaqlarına ümidsizliklə çıxmaq mümkün deyil”.
 
– Bir gün qızınızla lojada oturub gözəl bir oyuna tamaşa edə biləcəksiz?
– Mən onunla gözəl olan hər şeyi izləmək istəyərdim. Ümumiyyətlə isə övladlarımın gələcəyi ilə bağlı arzu və istəklərim daha ciddi işlərlə bağlıdır.
 
– Komandanızı dar günündə tərk edib gedən hansı oyunçu geri qayıtsa siz onunla bir meydanda olmamaq üçün klubdan gedərsiz?
– İstisnasız şəkildə – hamısına görə!
 
– Rəqibi məğlub etməyin asan formulunu bilirsiz?
– Mən heç nəyin asan başa gəldiyinə, dolayısı ilə də “asan qələbə” formulunun mövcudluğuna inanmıram. Asan pul – korrupsiya ilə qazanıla, asan şöhrət fırıldaqla əldə edilə bilər. Asan qələbə də eləcə. O, ya aldadıcıdır, ya da hansısa çirkin yollarla qazanılıb, məsələn, oyun alıb-satmaqla.
 
– Hansı fəsildə futbol oynamaq gözəldi?
– Sevdiyim aylar var – oktyabr, ya da may kimi. Hansı fəsildə futbol oynamağın gözəl olduğunu isə bilmirəm. Hədsiz azarkeş olduğum vaxtlarda daha çox yazda baxırdım – bütün çempionatlar sona yaxınlaşdığı və bu səbəbdən birinci yer uğrunda mübarizə qızışdığı üçün!
 
– “Oktyabra məktublar” yazdınız.  Məktubda hansı oyunçuların transfer olduğunu qeyd etmisiz?
– Bu mənim sayca ikinci kitabım olacaq. “Oktyabra məktublar” qoy hələlik sirr qalsın. O ünvanına yetişmədən nə isə demək istəməzdim.
 
– Mandela futbolda, Maradona siyasətdə olsaydı? Kim qazanar, kim itirərdi?
– Ehtimallarla danışmağı sevmirəm. Ancaq yenə də cavab verim: məncə, dördü də itirərdi. Həm siyasət, həm futbol, həm Mandela, həm Maradona.
 
– Dünyaya o qədər yazıçılar gəlib-gedib, ancaq “Tanrının əli” futbolçuya qismət oldu…
– Çünki futbolda əllə oynamaq qadağandı. Yasaqları dəlmək daim şöhrət gətirir. Yazıçı isə əllə yazdığı üçün ona ancaq “Tanrının ayağı” qismət ola bilərdi. Ancaq belə şöhrəti kim istəyər ki?!
 
Ramin DEKO
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Premyer-liqa2024-05-11 21:00

“Dəyişilməli çox şey var” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-11 20:39

“Oyun başlayandan etibarən nəzarətimizdə idi” – Ayxan Abbasov

blank
Əvəzedicilər2024-05-11 20:26

“Neftçi”nin əvəzedicilərindən növbəti darmadağın

blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-11 19:19

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-05-11 18:55

“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu

blank
Dünya futbolu2024-05-11 17:22

Krivotsyukun komandası səfərdə xal itirdi

blank
Əvəzedicilər2024-05-11 16:47

34-cü turun təyinatları müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm