Ölkə futbolu
Elhad Nəziri “Xəzər Lənkəran”a da lazım olmadı
Yeni mövsümün başlanğıcında “Araz Naxç…
Yeni mövsümün başlanğıcında “Araz Naxçıvan”la müqavilə bağlayan, tez bir zamanda komandasından ayrılan Elhad Nəziri özünə iş yeri tapmağa çalışır. Futbolinfo.az xəbər verir ki, müdafiəçi bu dəfə “Xəzər Lənkəran”da oynamaq həvəsinə düşmüşdü.
Amma onun bu istəyi də alınmayıb. Belə ki, iki gün Lənkəranda olan Nəziri burada bəyənilməyib. Bu barədə futbolçunun özü saytımıza məlumat verib. Nəzərinin sözlərinə görə o, bir dəfə əvəzedici komanda ilə məşq edib. Amma futbolçuya müsbət fikir bildirmədikləri üçün, Lənkəranı tərk edib.