Dünya futbolu
Ronaldo Avropa klublarını təkbaşına geridə qoydu
Cari mövsümə uğurlu start verən “Real”ın lid…
Cari mövsümə uğurlu start verən “Real”ın lideri Kriştianu Ronaldo məhsuldarlığına görə Avropada əksər komandaları təkbaşına geridə qoyub. Futbolinfo.az xəbər verir ki, o, 9 komandanı çıxmaq şərti ilə qalan bütün komandalardan daha çox qol vurub.
Avropada daxili çempionatlarda 6-9 tur oynanılıb. İspaniyada 7 həftə geridə qalıb. “Real”ın ulduzu 6 oyunda meydana çıxıb və 13 qol vurub. Bu qolların sayı 2-ci və 3-cü yerdə olan Neymar və Lionel Messinin qollarının cəminə bərabərdi.
Avropa Liqalarında yalnız 9 komanda qolların sayına görə Ronaldonu üstələyir. Almaniyada isə yalnız “Bavariya” 7 oyuna 15 qol vurmaqla onu geridə qoyub.
Fransa Liqa-1-də 9 turdan sonra Marsel “Olimpik”i (23), “Bordo”, PSJ və Lion “Olimpik”i (hərəyə 15 qol) Ronaldonun önündədilər. İngiltərədə isə 7 turdan sonra “Çelsi” (21) və “Mançester Siti” (14), İspanyada “Barselona” (19) və “Valensiya” (17) Ronaldonu keçməyi bacarıb.
Maraqlıdı ki, İtaliya və Türkiyə çempionatlarında Ronaldodan məhsuldar komanda yoxdu.