Dünya futbolu
Millimizin rəqibində şok: Mərkəz müdafiəçisi xəstəxanalıq oldu
Xorvatiya millisinin təcrübəli futbolçusu Deyan Lovren A…
Xorvatiya millisinin təcrübəli futbolçusu Deyan Lovren Azərbaycan millisi ilə oyunu buraxacaq. Futbolinfo.az xəbər verir ki, buna səbəb 25 yaşlı mərkəz müdafiəçisinin anidən zədələnməsi olub.
Xorvatiya Futbol İttifaqından verilən məlumata görə məşq zamanı qarnında kəskin ağrılar hiss edən futbolçu dərhal xəstəxanaya aparılıb. Onun qarnında əzələ dartılması olduğu aşkarlanıb. Bu səbəbdən də Lovren bu gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan və oktyabrın 13-dəki Azərbaycan matçlarında komandasına kömək edə bilməyəcək. Onun nə vaxt yaşıl meydanlara qayıdacağı isə hələlik məlum deyil.
Qeyd edək ki, 2009-cu ildən Xorvatiya millisinin formasını geyən Lovren cari mövsümdən İngiltərənin "Liverpul" klubunda çıxış edir.