Ölkə futbolu
UNICEF-in nümayəndəsi AFFA-da təlim keçdi (FOTOLAR)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) BMT-nin Uşaq…
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) BMT-nin Uşaq Fondunun (UNICEF) “Uşaqlara qarşı zorakılığa son qoyaq” qlobal kampaniyasına qoşularaq, məşqçilər üçün həmin mövzuda təlim təşkil olunub. Futbolinfo.az xəbər verir ki, AFFA və UNICEF-in Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində məşqçilər üçün “İdmanda zorakılığın azalması” mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi idmanda zorakılığın aradan qaldırılması, oyunçu-oyunçu, oyunçu-hakim və məşqçi-oyunçu münasibətlərində zorakılığın qarşısının alınması, həmin münasibərlərdə diqqəti qarşılıqlı hörmət və sülhsevər qərarlara yönəltməkdi.
Məşğələlər Professor Emeritus fəxri adina layiq görünmüş UNICEF-in beynəlxalq idman elmi mütəxəssisi cənab Kolin Higgs tərəfindən keçirilib.
Təlimin əvvəlində UNICEF tərəfindən Uşaq və Yeniyetmə İnkişafı üzrə mütəxəssis (Youth and Adolescent Development Officer) Aidə Ailarova iştirakçıları salamlayıb və idmanda zorakılıq mövzusunun vacibliyini vurğulayıb. Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.
(AFFA)
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”