Dünya futbolu
Azərbaycan nümunəsi albanları dilə gətirdi
Albaniya mətbuatı Serbiya matçındakı hadisələrə gör…
Albaniya mətbuatı Serbiya matçındakı hadisələrə görə UEFA-nı sətr şəkildə tənqid edib. Futbolinfo.az xəbər verir ki, yerli media iki ölkə arasındakı gərginliyə biganə yanaşılmasından şikayətlənib.
Mənbədə qeyd olunub ki, Ermənistan – Azərbayca, İspaniya – Cəbəllütariq arasındakı arasındakı gərginliyi nəzərə alan və bu ölkələrin milli komandalarını qarşı-qarşıya gətirməyən qitə futbol qurumu Albaniya və Serbiyanı unudub. Həmin yığmalar arasındakı oyunların keçirilməsinin düzgün olmadığını yazan mətbuat bu matç üçün lazımınca təhlükəsizlik tədbirlərinin görülməməsini də qınayıb.
Qeyd edək ki, ötən gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində paytaxt Belqradda baş tutan Serbiya – Albaniya matçında arzuolunmaz hadisə yaşanıb. Hər iki milli üzvləri və azarkeşlər arasında kütləvi dava olub və oyun 41-ci dəqiqədə yarımçıq dayandırılıb. Onu da əlavə edək ki, Kosova məsələsinə görə serblərlə albanlar arasında gərgiqlik uzun illərdi davam edir. Bu səbəbdən də həmin komandalar arasındakı görüş ən təhlikəli qarşılaşmalaradan hesab olunur.