Dünya futbolu
Arda Turan dedi, "Atletiko" hərəkətə keçdi
İspaniyann "Atletiko" klubu "Qalatasaray"dan daha…
İspaniyann "Atletiko" klubu "Qalatasaray"dan daha bir futbolçunu heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniyanın AS qəzeti məlumat yayıb.
Mənbədə qeyd olunur ki, madridlilər "sarı-qırmızılar"ın müdafiəçisi Semih Kayaya elçi düşüb. Artıq La Liqa təmsilçisi bu barədə istanbullulara rəsmi müraciət də edib. Klubun baş meneceri Migel Angel Hil Marin "Qalatasaray" rəsmiləri ilə keçidi müzakirə edi.
Qeyd edək ki, "Atletiko" yarımmüdafiəçisi Arda Turanı da 2011-ci ildə "Qalatasaray"dan alıb. Klubun Ardanın məsləhəti ilə 23 yaşlı müdafiəçi ilə maraqlandığı deyilir.