Dünya futbolu
Viktor Valdes MY-də
İngiltərənin "Mançester Yunayted" klubunun ispan q…
İngiltərənin "Mançester Yunayted" klubunun ispan qolkiper Viktor Valdesə rəsmən təklif göndərdiyi məlum olub. Futbolinfo.az xəbər verir ki, mankunyanlar "Barselona"nın sabiq qapıçısını heyətində görmək istəyir.
Bu haqda klubun saytı da xəbər yayıb. Təklifə əsasən təcrübəli qolkiper "Mançester Yunayted"in klub həkimləri tərəfindən müalicə olunacaq. Daha sonra isə MY-də məşqlərə başlayacaq. Əgər Valdesin zədəsi çox ciddi olmasa, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, bu təklif Valdes "Mançester Yunayted"in baş məşqçisi Lui van Qalın istəyi ilə göndərilib.