Dünya futbolu
“Mançesterdə xoşbəxtəm”
"Mançester Yunayted”in qapıçısı David De H…
"Mançester Yunayted”in qapıçısı David De Hea "Real”a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, Almaniyanın "Kicker" qəzetinə müsahibə verən 25 yaşlı qapıçı bu xəbərlərin əsassız olduğunu bəyan edib:
"Real”la adımın hallnması şaiyədən başqa heç nə deyil. Mən Mançesterdə xoşbəxtəm. Mən qəhrəman olmaq istəmirəm. Sadəcə komandaya kömək etməyə çalışıram. Gündən-günə artırırq. Yeni məşqçi gələndə bağlanğıcda çətinliklərin olması təbiidir. Van Qal deyir ki, biz inkişaf etdirməli və yenidən Çempionlar liqasına qayıtmalıyıq. Karyeramın ən yaxşı illərini yaşayıram. Təzyiq altında olmaq mənə problem yaratmır. Fikrimcə, MY və "Atletiko" kimi klublara milli komandadan daha çox təzyiq var. AÇ-2016-da qapıçı olmaq? Sualı Del Boskeyə verin. Buna hazır olmağa çalışıram. Radamel Falkao və Di Maria fantastik oyunçulardır. Aleks Ferqyussona da minnətdaram. O, mənə çox köməklik edib: tənqidlərdən müdafiə etdi və səbr göstərdi".
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Milli komanda2024-05-12 15:31
Millimiz iki yoldaşlıq görüşü keçirəcək