Ölkə futbolu
Kristof Qaltye: “Qarabağ” əsl gücünü göstərdi”
Fransa “Sent-Etyen”inin baş məşqçisi Kristof Qal…
Fransa “Sent-Etyen”inin baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “İnter” matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Milandakı 0:0 hesablı heç-heçəni şərh edib.
Qaltye “Qarabağ”ın “Dnepr” üzərindəki qələbəsindən də söhbət açıb. Fransalı çalışdırıcı Ağdam klubu ilə Bakıdakı heç-heçənin necə dəyərli olduğunu bu oyundan sonra bir daha dərk etdiyini bildirib: “Bu oyunda bəzi ustalıq etdik. Amma təəssüf ki, qol vura bilmədik. Ümumiyyətlə, komandam yaxşı oynadı. Sadəcə, daha inamlı oyun göstərməli idik. Belə etsək, ümid edirəm ki, istədiyimiz nəticəni qazana bilərik. Çalışacağıq ki, evdəki matçda “İnter”i məğlub edək. Buraya qələbə üçün gəlmişdik, amma bunu bacara bilmədik. 3 bərabərlikdən sonra qazandığımız nəticəni qeyri-kafi olaraq qiymətləndirirəm. Bu axşamkı qələbədən sonra “Qarabağ” əsд gücünü göstərdi. Bu qələbə onların necə dəyərli komanda olduğunu ortaya qoydu. Buna görə də bizim onlarla heç-heçəmizin necə dəyərli olduğu bilindi”.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Milli komanda2024-05-12 15:31
Millimiz iki yoldaşlıq görüşü keçirəcək
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”