Bizi izləyin

Ölkə futbolu

“Prosineçki üçün pul əsas deyil”

Xorvatiyanın çoxtirajlı və populyar nəşrlərindən olan &l…

blank
Xorvatiyanın çoxtirajlı və populyar nəşrlərindən olan “Veçernyi List” (Večernji List) qəzetinin yazarı Zelyko Yankoviç Robert Prosineçki və Azərbaycan futbolu ilə bağlı futbolinfo.az saytına eksklüziv müsahibə verib.
 
– Robert Prosneçkinin AFFA rəsmiləri ilə görüşməsi xəbəri Xorvatiya mediasında da geniş yer aldı. Həm də bu məlumatda həmin təklifin şərtləri açıqlanmışdı. Siz bu informasiyanı haradan əldə etmişdiz?
– Açığı, bu barədə ilk dəfə Azərbaycan mətbuatı yazmışdı. Səhv etmirəmsə, sizin sayt idi. Amma mənim daha əvvəl bu barədə məlumatım var idi. Robert və meneceri danışıqlar üçün Parisə gedəndə xəbərim oldu. Çox ehtimal ki, bu, mənim ekskluziv xəbərim olacaqdı. Amma alınmadı. Siz tez tərpəndiz.
 
– Sizcə, Prosneçki Azərbaycan millisində işləməyə razı olar? Çünki mətbuatda yazılanlara görə Roberto Karlos, Frank Reykaard kimi məşhurlar yığmamızı çalışdırmaqdan imtina edib.
– Hesab edirəm ki, o, yalnız bir şərtlə millinizdə çalışmağa razı olar. Gərək sizin futbol federasiyası onun üçün yaxşı şərait yarada. Ancaq bu şəraitdə onu müqavilə imzalamağa razı sala bilərsiniz. Çünki Robert üçün pul əsas deyil. Onun üçün ən önəmlisi uğur qazanmaqdı. O, ancaq bu barədə düşünür.
 
– Necə düşünürsüz, Prosneçki Berti Foqtsdan fərqli olaraq Azərbaycan millisində nəsə müsbət dəyişiklik edə bilər?
– Robert Xorvatiyanın ən istedadlı məşqçisidi. O, indiyə kimi işlədiyi klublarda uğurlar qazanıb. Azərbaycanın da müasir, perspektivə malik gənc məşqçiyə ehtiyacı var. Bu da məhz Prosneçkidi. Robertin Azərbaycan millisinin növbəti matçlarda səviyyəsini yüksəldə biləcəyinə şübhə yoxdu.
 
– Bəs Xorvatiya futbol ictimaiyyəti bu barədə nə düşünür? Prosneçkinin Azərbaycan millisində uğur qazanacağına inanan çoxdu?
– Prosneçki Xorvatiyanın böyük ulduzlarından biridi. O, hazırda Luka Modriç, Mario Mandzukiç, İvan Rakitiç kimi Xorvatiyanın ən məşhur futbolçuları ilə müqayisə olunur. Baxmayaraq ki, futbolçu karyerasını çoxdan başa vurub. O, xorvatiyalıların və ölkənin futbol ictimaiyyətinin gözündə ən inamlı, etibarlı adamdı. Bizimkilər düşünür ki, o, bu ölkədən olan yeganə insandı ki, Azərbaycan millisini inkişaf etdirə bilər.
 
– Bizdə düşünürlər ki, illik 3 milyon dollarlıq maaş Prosneçki üçün çox böyük məbləğdi. Sizcə, belə deyil?
– Bayaq da dediyim kimi, Robert üçün pul əsas deyil. O, hazırda Avropada ən istedadlı, perspektiv vəd edən gənc məşqçilərdən biridi. Hesab edirəm ki, bir neçə ilə o, Avropanın ən səviyyəli klublarında baş məşqçi işləyəcək.
 
– Bəs onun Türkiyədəki baş məşqçilik karyerası ilə bağlı nə deyə bilərsiniz? Axı, onun gəlişindən sonra “Kayserispor” uğursuzluğa düçar oldu və Superliqadakı yerini qoruya bilməyib, 1-ci diviziona yollandı.
– O, “Kayserispor”da işləyən vaxt Türkiyə çempionatınından xəbərləri mən toplayırdım. O, orada olduğu vaxt oyunçuları ilə möcüzə yaratdı. Amma ilk mövsümdən sonra onun bir neçə ən yaxşı oyunçuları komandadan ayrıldı. Əsas problem də o idi ki, “Kayserispor” rəhbərliyi Prosineçkinin fikirlərini dəstəkləmədi. Belə olan halda necə işləmək olar? Robertin rəhbərliyi altında “Kayserispor” 16 oyunu məğlubiyyətsiz başa vurdu. Bundan sonra “Beşiktaş” onunla müqavilə imzalamaq istədi, amma Prosineçki bu təklifdən imtina etdi. Məncə, Türkiyənin ən böyük klublarından olan “Beşiktaş”ın onu komandaya gətirmək istəməsi bir daha sübut edir ki, Prosineçki “Kayserispor”da böyük iş görüb.
 
– Onun futbol fəlsəfəsi ilə bağlı nə deyə bilərsiz? Millimizin əvvəlki baş məşqçisi Berti Foqts müdafiə futboluna üstünlük verdiyi üçün daim tənqid olunurdu. Prosineçki hansı tərz futbolu xoşlayır?
– Robert Almaniyada doğulub. Bu səbəbdən də möhkəm intizama malikdi. Və hazırda Azərbaycan millisinə ən çox lazım olan da elə budu. Robertin futbolçu karyerası ərzində İspaniyada çıxış etməsi həm də onun futbol anlayışına və fəlsəfəsinə təsir edib. Bildiyiniz kimi, o, Belqrad “Srvena Zvezda”sında, “Barselona” və Madrid “Real”ında çıxış edərkən dünyanın ən yaxşı futbolçularından idi və onun fiziki, texniki, taktiki futbol anlayışı hücum üzərində qurulub. Onu da qeyd edim ki, onun fəlsəfəsi Xorvatiya və İspaniya futbolu üzərində qurulub. Yəni hər iki ölkənin futbol anlayışının sintezidi. Onun əsas futbol anlayışı və tərzi topu yaxşı saxlamaq və hücum etməkdi.
 
– Hələ AÇ-2016-nın seçmə mərhələ oyunları start götürməmişdən əvvəl Azərbaycan millisinin hədəfi qrupda 3-cü yeri tutaraq, pley-offa adlamaq idi. Sizcə, yığmamızda bunu edə biləcək potensial var? Çünki Xorvatiya ilə oyunda siz də komandamızı yaxından izlədiniz.
– Onu deyə bilərəm ki, komandanızda istedadlı futbolçular var. Məncə, onlara əsas olaraq, möhkəm intizam lazımdı. Əlbəttə ki, yeni baş məşqçidə də idarəetmə qabiliyəti olmalıdı. Bu keyfiyyətlərin hamısı Robertdə var. Belə olan halda bir az da şansın köməyi ilə 3-cü yeri tuta bilərsiniz. Bu, tərif deyil.
 
– Azərbaycan millisinin səfərdə Xorvatiya millisinə 0:6 hesabı ilə uduzması sizin futbol ictimaiyətində və mətbuatda komandamızla bağlı necə fikir yaratdı? Siz hətta o nəticədən sonra da belə düşünürsüz?
– Mətbuat dünyanın hər yerində eynidi. Bu, bizim üçün yaxşı şey idi. Düzünü desəm, bizdə heç kim gözləmirdi ki, belə böyükhesablı qələbə qazanaq. Əksinə, xorvatiyalılar bu oyundan çox qorxurdu. Xüsusilə də sizin İtaliyaya qarşı oyununuzdan sonra bizdə belə fikir yarandı. Bizim mətbuat Azərbaycan üzərindəki qələbəni dəyərli hesab etdi. Amma onu da bilməlisiniz ki, Azərbaycan qarşısındakı çıxış Xorvatiya millisinin son illərdə, hətta deyərdim ki, son 10 ildəki ən yaxşı oyunu idi. Bu, Xorvatiya millisinin AÇ-2008-in seçmə mərhələsində “Uembli” stadionundakı İngiltərə üzərində 3:2 hesablı qələbəsindən sonra ən yaxşı oyunu idi. Biz hər şeyi mükkəmməl şəkildə yerinə yetirməyə çalışdıq. Amma bu qələbə onu göstərmir ki, Xorvatiya millisi çox güclüdü, yaxud Azərbaycan yığması çox zəif.
 
– Sizin futbol ictimayiətində və mətbuatda Azərbaycan futbolu ilə bağlı necə fikir formalaşıb. Sizin də bir necə futbolçunuz bizim çempionatda oynayır. Hazırda son Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsində çıxış edir və o, bu yolda “Zalsburq”, “Tvente” kimi güclü Avropa klublarını məğlub edib.
– Hamımız bilirik ki, müasir futbolda pul amili çox şey deməkdi. Xorvatiya çempionatı da Azərbaycan Premyer Liqası ilə eyni vəziyyətdədi. Matiya Spiçiç, Stepan Polyak kimi futbolçularımız sizin çempionatda oynadığı üçün futbolunuzun inkişafı ilə yaxından maraqlanırıq. Sizdən bəzi şeylər də öyrənə bilirik. Pul keyfiyyəti artırır. Onu da qeyd edim ki, əgər sizin yerli klublar futbolçulara o qədər pullar verə bilməsəydilər, əminəm ki, indi milli komandanızın üzvləri İngiltərə, İspaniya, Fransa, Almaniya kimi Avropanın ən yüksək çempionatlarında çıxış edirdilər.
 
ELMAR VƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Premyer-liqa2024-05-11 21:00

“Dəyişilməli çox şey var” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-11 20:39

“Oyun başlayandan etibarən nəzarətimizdə idi” – Ayxan Abbasov

blank
Əvəzedicilər2024-05-11 20:26

“Neftçi”nin əvəzedicilərindən növbəti darmadağın

blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-11 19:19

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-05-11 18:55

“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu

blank
Dünya futbolu2024-05-11 17:22

Krivotsyukun komandası səfərdə xal itirdi

blank
Əvəzedicilər2024-05-11 16:47

34-cü turun təyinatları müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm