Milli komanda
AFFA prezidentindən Qurban Qurbanov açıqlaması
Bu gün AFFA-nın inzibatı binasında İcraiyyə Komitəsinin n&o…
Bu gün AFFA-nın inzibatı binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasdan sonra təşkil olunan mətbuat konfransında AFFA prezidenti Rövnəq Abdullayev millimizin yeni baş məşqçisinin Robert Prosineçki olduğunu bildirib.
Cənab Abdullayev mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun niyə milliyə gətirilməməsinin səbəbini açıqlayıb:
"Qurban Qurbanovun istedadına bələdəm. Çox ağıllı məşqçidi. Ona ilk etimad göstərilənlərdən biri mən olmuşam. Qurbanov hazırda "Qarabağ"da inamla çıxış edir. Onu klubdan ayırıb, yığmaya gətirə bilmərik. Çünki yığmada uğursuz çıxış etsə, 2 oyundan sonra onu da istefaya çağıracaqlar. Beləliklə, Əli aşından da olacaq, Vəli aşından da".