Milli komanda
Prosineçki danışdı, köməkçilərini də açıqladı
Bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonr…
Bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra millimizin yeni baş məşqçisi adı məlum olub. Futbolinfo.az xəbər verir ki, əvvəlcədən gözlənilən kimi Robert Prosineçki Berti Foqtsun xələfi olub.
3 illik müqavilə imzalayan xorvat mütəxəssislə təyinatı ilə bağlı bu sözləri deyib:
"Əvvəlcə hər birinizi salamlayıram. Artıq 10 gündür Bakıdayam. Bir neçə oyunu da stadionda canlı izləmişəm. İndiyə kimi gördüyümdən çox razıyam. Azərbaycan, Bakı mənə xoş təsir bağışladı. Məncə gələcək üçün oyunçu materialı var və əlimdən gələni edəcəm ki, hər şey yaxşı olsun. Bəyəndiyim kifayət qədər gənc futbolçu var. İlin sonuna kimi futbolçuların kimliyini biləcəksiniz. Məşqçilər korpusunda iki nəfər azərbaycanlı məşqçi çalışacaq. Onlarla daim əlaqədə olacağam. Eyni zamanda da Məşqçilər Komitəsinin üzvləri ilə də əlaqələrim olacaq. Mən burada yaşayacam. Ailəm də burda qalacaq, övladım burada məktəbə gedəcək. Bu da işimə köməklik göstərəcək. Mətbuatla mütəmadi ünsiyyətdə olacağam".
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”