Ölkə kuboku
MOİK-in acınacaqlı durumu – FOTO
Birinci divizion təmsilçisi MOİK ölkə kubokunun 1/8 fin…
Birinci divizion təmsilçisi MOİK ölkə kubokunun 1/8 final mərhələsində “Qarabağ” qarşısında aciz qalsa da, təkcə vurduqları iki baxımlı qolla yadda qalmadı. “Hərbçilər”in oyunun keçirildiyi “Dalğa Arena”ya gəldiyi avtobus da diqqət mərkəzinə düşdü.
Belə ki, MOİK Mərdəkana komandaya məxsus olan yox, hansısa şirkətin hesabında olan avtobusla gəldi. Düzdü, bu, böyük əhəmiyyət kəsb etməsə də, ən azından 1-ci divizion klubun şəxsi avtobusunun olmaması maraq doğurur. Bundan başqa, futbolçuların hərəsinin bir geyimdə olması da maddi imkansızlığın göstəricisidi. Futbolçulara vahid idman dəstinin verilməməsi MOİK-in məhəllə komandası olması ilə bağlı təəssüratlar yaratdı. Sanki futbolçular kubok matçına gəlmək üçün “samavolka”ya çıxmışdı.