Dünya futbolu
İstanbul klubu fransalıya elçi düşüb
Türkiyənin “Fənərbaxça” klubu yeni futbol&c…
Türkiyənin “Fənərbaxça” klubu yeni futbolçu axtarışlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, istanbullular “Lill”in 31 yaşlı müdafiəçisi Frank Beryaya elçi düşüb.
Fransa mətbuatının yazdığına görə, bu keçid qış transfer dönəmində reallaşa bilər. Transferin 2 milyon avroya baş tutacağı deyilir.
Qeyd edək ki, 2007-ci ildən Fransa təmsilçisinin şərəfini qoruyan Berya cari mövsüm 17 matça çıxsa da, aktivində qol yoxdu. O həm mərkəz, həm də sağ cinah müdafiəçisi kimi çıxış edə bilir.