Dünya futbolu
Dadaşov bu dəfə də lazım olmadı
Almaniya Regional Liqasında 20-ci turun oyunları keçirilib. F…
Almaniya Regional Liqasında 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Saarbrüken” də növbəti matçına çıxıb.
Adıçəkilən komanda evdə "Valldorf"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ötən tur adı matçın iştirak ərizəsində yer almayan Dadaşov bu dəfə də eyni halla üzləşib.
Qeyd edək ki, "Saarbrüken" hazırda 43 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.