Dünya futbolu
"Arsenal"da ciddi itki
İngiltərənin "Arsenal" klubu heyətində ciddi itki ilə …
İngiltərənin "Arsenal" klubu heyətində ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, londonluların yarımmüdafiəçisi Aaron Remsi yenidən zədələnib.
İstedadlı futbolçu bu dəfə bir ay müddətinə sıradan çıxıb. O, sonuncu dəfə Çempionlar Liqasında "Qalatasaray"la oynanılan matçda dizaltı vətərindən zədə almışdı və birinci hissədən sonra meydanı tərk etmək məcburiyyətində qalmışdı.
Qeyd edək ki, cari mövsümdə 21 matçda meydana çıxan Remsinin aktivində 6 qol var. 23 yaşlı futbolçu oxşar zədə səbəbindən mövsümün əvvəlində də bir neçə həftə komandasına kömək edə bilməmişdi.