Ölkə futbolu
Məşqçilər Komitəsindən növbəti görüş – FOTO
Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəs…
Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri növbəti görüş keçirib. Futbolinfo.az xəbər verir ki, onlar “Bakı”, “Neftçi”, “Sumqayıt” və “Rəvan” klublarında çalışan, İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, AFFA tərəfindən təyin olunmuş idman direktorları Torsten Spittler, Jan Versleijen, Frank Bernhardt və Peter Neustadter ilə görüşüblər.
Görüş zamanı klublarda idman direktorlarının fəaliyyəti, uşaq futbolunun hazırkı durumu, mövcud problemlər və onların həlli yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.
(AFFA)