Dünya futbolu
"Mançester Yunayted"in ispaniyalı planı
"Mançester Yunayted" rəhbərliyi qapıçı Dav…
"Mançester Yunayted" rəhbərliyi qapıçı David de Xeanı Madrid "Real"ından qorumaq üçün sərvət ödəməyi düşünür. Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu qolkiperlə müqavilə müddətini uzatmaq qərarına gəlib.
"The Sun" nəşrinin məlumatına görə, mankunyanlar ispan qapıçını madridlilərin təhlükəsindən qorumaq üçün bu addımı atmaq fikrinə düşüblər. İspaniya təmsilçisi ciddi şəkildə de Xea ilə maraqlanır.
İngiltərə klubu 24 yaşlı əlcək sahibinin müqaviləsini 2019-cu ilə kimi uzatmağı planlaşdırır. Onun illik məvacibi isə 9 milyon avro olacaq.