Dünya futbolu
İngiltərə klubundan Beyl üçün fantastik təklif
"Mançester Yunayted"in “Real”ın yarımm&…
"Mançester Yunayted"in “Real”ın yarımmüdafiəçisi Qaret Beyli transfer etmək istədiyi barədə söz söhbətlər səngimək bilmir. Futbolinfo.az xəbər verir ki, son olaraq İspaniyanın məşhur nəşrlərindən olan AS "mankunyanlar"ın bu keçidi reallaşdırmaq üçün məbləği xeyli artırdığını bildirib.
Mənbədə qeyd olunur ki, İngiltərə klubu uelsli futbolçu üçün 153 milyon avrosundan keçməyə razıdı. Dünyanın ən böyük büdcəyə sahib klublarından olan MY-nin təklif edəcəyi məbləğin fantastik həddə olmasına baxmayaraq, UEFA-nın maliyyə feyr-pleyi qaydalarını pozmayacağı bildirilir. Ancaq Beyl "Real"dan ayrılmaq istəmir.
Qeyd edək ki, Beyl ötən mövsümün əvvəlində “Tottenhem”dən “Real”a keçmişdi.