Bizi izləyin

Ölkə futbolu

"Xəzər Lənkəran" üçün Şimal küləyi

“Xəzər Lənkəran”da baş verənlər üzərindən s&…

blank
“Xəzər Lənkəran”da baş verənlər üzərindən sükutla keçilə biləcək hadisələr deyil. 10 ildi ölkə futbolunda at oynadan, dəb müəyyənləşdirən komandada bu gün anlaşılmaz olaylar baş verir.
Baş məşqçi Oğuz Çətinin istefaya getməsi haradasa gözlənilən idi. Tələbkar fanatlar əla heyəti olan komandadan daha yaxşı nəticələr gözləyir. Klub üçün heç bir fədakarlıqdan çəkinməyən rəhbərlik də həmçinin… Amma “gəmiçilər” iki cəbhədə döyüşmüş “Qarabağ”dan 14 xal geridədisə, deməli, Çətin bu yükü qaldıracaq adam deyildi. Və hələ təyinat rellaşan zaman dediklərimiz təsdiqini tapdı. Ona görə də Oğuz bəyin gedişi sensasiya deyil.
Hələ rəsmiləşməyən, amma ciddi söz-söhbət dolaşan heyətin buraxılması məsələsi böyük islahatlardan xəbər verir. Yerlilərdən Tural Cəlilov, Rahid Əmirquliyev və Ağabala Ramazanov, əcnəbilərdən isə Sadio Tounkarayla Alfred Sankonun komandada saxlanılması, maaşlarının azaldılmasına razı olmayacaq digərlərinin yola salınması sıradan olay deyil. Bu, “Xəzər Lənkəran”ın iddiasından əl çəkməsi anlamına gəlməlidi.
Əvvəla, ona görə ki, komandanın 10-12 yerli oyunçuya ehtiyacı olacaq və düşərgədəkiləri göndərməklə onlara əvəzləyici tapmaq çətin olacaq. Biz səviyyəli yerlilərdən danışırıqsa, bu, ümumiyyətlə, imkansızdı. İstənilən qədər əcnəbi tapmaq olar, amma Topaz Premyer Liqasındakı limit üzündən cənubluların yaxşı yerlilərə də ehtiyacı var. Qısa qış fasiləsində beləsini tapmaq olduqca çətindi. Bu isə birbaşa klubun iddialarından əl çəkməsi anlamına gəlir. Həm də bu addım – heyətin özəyinin dəyişdirilməsi növbəti mövsümlərdə də komandaya problem yaradacaq.
“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov bütün bu islahatlar barədə maraqlı açıqlamalar verib və məncə, diqqəti hədəfdən yayındırıb. O, Oğuz Çətinin istefasının gözlənilməz olduğunu deyib: “Əlbəttə ki, baş məşqçidən qərarının səbəblərini soruşduq. O, əsas səbəb kimi istədiyi bütün transferlərin gerçəkləşdiyi halda, lazımi nəticəni əldə edə bilməməsini göstərdi. Məsələni hərtərəfli şəkildə müzakirə etdik və sonda baş məşqçi qərarında israrlı olduğunu söylədi. Oğuz bəyə turnir cədvəlində olan mövqeyimizə baxmayaraq, komandanın oyun planında xeyli inkişaf etdiyini xüsusilə bildirdim. Mənə görə, baş məşqçimizə çox inandığı və transfer etdiyi futbolçuların lazımi formada çıxış etməməsi, komandanın gücünə güc qatmamağı pis təsir etmişdi. Qeyd etməliyəm ki, burada söhbət tək əcnəbi futbolçulardan deyil, həm də yerlilərdən gedir. Çətinin istefa qərarını onun özü ilə müzakirə edərkən komandanın çıxışını, eləcə də perspektivlərini dəyərləndirdik və müəyyən nəticələrə gəldik. Bildiyiniz kimi, komandada kifayət qədər güclü və təcrübəli futbolçuların olmasına rəğmən stabil nəticə göstərmədik, ən yaxşı halda ardıcıl iki qələbə qazandıq. Belə qənaətə gəldik ki, bu qeyri-stabillik tendensiya xarakteri daşıyır. Oğuz Çətinin kifayət qədər futbol biliyinə malik olmasına rəğmən, bu tendensiyanın qarşısını ala bilməməsi isə mövcud heyətin effektivliyini böyük sual altına qoyur. Digər məqam isə ondan ibarətdi ki, bu heyət Çətinin formalaşdırdığı heyətdi. Yəni, bu dönəmdə komandaya kənardan yeni baş məşqçinin gəlməsi heyətin böyük ölçüdə dəyişməsinə gətirib çıxaracaq. Təcrübəmiz də onu göstərir ki, qış fasiləsi bu addımların atılması üçün münasib zaman deyil. Bütün qeyd olunanları nəzərə alaraq, əsas heyət futbolçularının müəyyən qismini komandada saxlanılmasını və baş məşqçi postunun müvəqqəti icrasını əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədova tapşırılmasını qərara aldıq”.
Prezidentin əvəzedici heyət hesabına komandanı ayaqda saxlayacaqlarını deməsi şəxsən mənə inandırıcı gəlmir. Çünki ikinci komanda hər nə qədər yaxşı çıxış etsə də, bu kollektivin üzvlərinin Premyer Liqada çətin mübarizəyə hazır olduğunu düşünmürəm. Və bunu rəhbərliyin xərclənən pulun qarşılığında ortaya çıxan nəticəyə əsəbi reaksiyası hesab edirəm. Ola bilsin, “müflis “Bakı” nümunəsi” örnək götürülüb. Lakin unutmayaq ki, “zolaqlılar”ın gənc oyunçu potensialı daha böyükdü və onların ayaqda qalması bunun nəticəsidi. Lənkəranda isə bu addım effekt verməyə bilər.
Yəqin ki, bu ehtimalı Yunis Hüseynov da nəzərə alıb. Yoxsa, əslində, Lənkərana baş məşqçini əvəzləmək niyyəti ilə yollanmış hazırkı idman direktoru qala-qala Elbrus Məmmədovun təyinatı reallaşmazdı. Hüseynovun özünü kənarda saxlatdırmasının digər səbəbi isə aşağıda qeyd edəcəyim məqamda gizlənir.
Belə ki, hazırda “Xəzər Lənkəran”a maddi dəstəyin zəifləməsi haqda ciddi şayiələr gəzir. Klubun vitse-prezidenti Tuyqun Nadirov açıqlamasında bunu qəti şəkildə təkzib edir. Ancaq Dejan Blajevskinin klubun ona olan borcunu ödəmədiyini iddia etməsi, Qalin İvanovun da eyni səbəbdən klubun düşərgəsindən qaçması adamı çaş-baş qoyur. Cənub klubunda son vaxtlar tez-tez maaşların gecikməsi haqda da xəbərlər yayılır. Təbii ki, oxşar motivli xəbərlər çoxalınca və sıralanınca doğruluq ehtimalı da artır.
“Xəzər Lənkəran”a maddi dəstəyin zəifləməsinin konkret səbəbi kimi Rusiyadakı böhran göstərilir. Şimal qonşumuzdakı vəziyyət klubun hamisi olan şirkətin durumuna mənfi təsir göstərib. Deyilənlərə görə, əsas qazancı neft daşımaçılığından çıxan və Rusiya sularına daxil olmaq icazəsi olan 10 şirkətdən biri kimi “Palmali” də qonşularımızın vəziyyətindən əziyyət çəkir. Bu səbəbdən də şirkət xərclərini imkan daxilində azaltmağa, maddi zərbə almaqdan qaçmağa məcburdu. Belədə gəlir gətirən sahələrə deyil, ancaq pul aparan “Xəzər Lənkəran” kimi layihələrə yatırımı azaltmaq başadüşüləndi.
Düzdü, bu şayiələr təsdiqini tapmayıb. Ancaq klubdakı vəziyyətlə paralel apardıqda reallıq ehtimalının böyük olduğunu deməliyik. 10 ildi “Xəzər Lənkəran”a inanılmaz yatırımlar edən fəxri prezident Mübariz Mənsimov heç bir işi yarıda qoymadığından klubdan birdəfəlik imtinası da mümkünsüzdü. İndiki halda o, yalnız müəyyən qədər büdcə azaltması edə bilər. Bəlkə də kluba ayrılan vəsait onun biznesinə ciddi təsir etmir və eyni dəstəyi davam etdirmək olardı. Ancaq komanda indi elə nəticələrə imza atır ki, futbolçuların ancaq pul qazanıb qarşılığını vermədiyini nəzərə alsaq, onlar belə münasibətə layiqdilər.
FƏRİD
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-12 16:22

“Qəbələ” “Sabah”a qarşı – YENİLƏNİR

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Ölkə futbolu2024-05-12 10:36

Mahir Xorvatiya çempionu oldu

blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm