Dünya futbolu
Razılıq əldə olundu: Torres yuvaya dönür
Fernando Torres karyerasını yenidən ölkəsi İspaniyada davam …
Fernando Torres karyerasını yenidən ölkəsi İspaniyada davam etdirməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, son yayılan iddialara əsasən, “Milan” və “Atletiko” forvardın transferi üçün razılıq əldə edib.
“Milan”ın mövsümün əvvəlində “Çelsi”dən 2 illik icarəyə götürdüyü Torres italyan klubunda ümidləri doğrultmur. Torres A Seriyasında çıxdığı 10 matçda cəmi 1 qol vurub. Buna görə də, italiyalılar yanvarda onu göndərmək istəyir. AS qəzeti isə Torresin gələn həftə “Atletiko” ilə müqavilə imzalayacağını yazıb.
Xatırladaq ki, “Atletiko”da yetişən hücumçu 2007-ci ildə oradan ayrılmışdı.