Dünya futbolu
Axtarışa verilən ulduz futbolçu üzə çıxdı
Bir neçə gün öncə itkin düşən Ronaldinyo tap…
Bir neçə gün öncə itkin düşən Ronaldinyo tapılıb. Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu "Twitter" hesabında Milad bayramı münasibətilə izləyicilərini təbrik edib.
O, həmçinin Braziliyada ailəsi ilə birlikdə çəkdirdiyi fotonu da paylaşıb.
Qeyd edək ki, bir neçə gün öncə ulduz futbolçunun hazırda çıxış etdiyi "Keretaro" (Meksika) komandasının düşərgəsinə qoşulmadığı üçün axtarışa verilmişdi. Görünür, Ronaldinyo bu məsələyə o qədər də əhəmiyyət vermir.