Milli komanda
Prosineçki İspaniyadan futbolçu gətirir
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki…
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki yığmaya İspaniyadan oyunçu dəvət edəcək. Futbolinfo.az xəbər verir ki, “Qranada”da forma geyən Eddi İsrafilov ilə Prosineçkinin köməkçisi Yanko Yankoviç yaxından maraqlanır.
İspaniyaya gedən və əvvəllər La Liqada “Real Valyadolid”, “Oviedo” kimi klublarda çıxış etmiş köməkçi məşqçi Yankoviç açıqlamasında bunları deyib:”Biz bura sadəcə seçim üçün gəlmişik. Heyəti gücləndirmək üçün bütün potensialımızdan istifadə edəcəyik. Eddi barəsində hər şeyi öyrənmək üçün valideyni ilə əlaqə saxlayacayıq. “Qranada”nın bir neçə futbolçusunu da izləyirik. Onların içindən bizə kömək edə biləcək faydalı olanları seçəcəyik”.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi yığmada oynamaq üçün AFFA rəhbərliyindən 1 milyon avro tələb etmişdi. Bundan əlavə, o, hazırda “Mursiya” klubuna məxsus olsa da, “Qranada”da icarə əsasında çıxış edir.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”