Ölkə futbolu
"Elazığspor"un prezidenti: "Cavid transfer haqqını gətirsə…"
“Neftçi”yə məxsus olan və cari mövsüm&…
“Neftçi”yə məxsus olan və cari mövsümün əvvəlindən icarə əsasında Türkiyə PTT 1-ci Liqası təmsilçisi “Elazığspor”da çıxış edən Cavid İmamverdiyev klubundan ayrılmaq istəyir. Futbolinfo.az xəbər verir ki, klubun prezidenti Səlçuk Öztürk isə İmamverdiyevin bu qərarı ilə bağlı yerli mətbuata açıqlama verib:
“Cavid İmamverdiyev getmək istəyirdi. Bizim heç kimi zorla saxlamaq fikrimiz yoxdu. Ona heç bir borcumuz yoxdu. Müqaviləyə uyğun olaraq transfer haqqını gətirsə, sərbəst şəkildə gedə bilər. Cavidlə keçən həftə “Samsunspor” matçından sonra ona ciddi eniş yaşadığını söyləmişdim. Bəlkə də, menecerlər onun beynini doldururlar. Transfer təklifləri gələndə futbolçular bundan təsirlənirlər. Ona “ağlını başına yığ” dedim. Mənə deməyə cəsarəti olmadığından baş məşqçi Ümit Özata ayrılmaq istədiyini bildirib. Baş məşqçi də, onun getmək istədiyini mənə çatdırdı”.
Qeyd edək ki, gənc futbolçunun hazırki klubundan ayrılaraq “Neftçi”yə qayıtmaq istəyir. İmamverdiyevin "Elazığspor"la mövsüm sonuna qədər icarə müqaviləsi var.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”