Ölkə futbolu
Tərlan Əhmədovun "Beşiktaş" səfəri – FOTO
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Türkiyədə sə…
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Türkiyədə səfərdədi. Futbolinfo.az xəbər verir ki, İstanbula səfərin məqsədi PRO kateqoriyası almaq üçün keçirilən kursla bağlıdı. Kateqoriyanın tələblərinə uyğun olaraq, 43 yaşlı mütəxəssis dekabrın 23-dən 29-na qədər İstanbul nəhənglərindən “Beşiktaş”da təcrübə toplayacaq.
“Qara qartallar”ın bazasında bir həftəlik təlimdə olacaq Əhmədov komandanın məşqlərində iştirak edəcək, “Beşiktaş”ın baş məşqçisi Slaven Biliçlə görüşmək və xorvatiyalı çalışdırıcıyla fikir mübadiləsi aparmaq imkanı olacaq.
Dekabrın 29-dək davam edəcək səfərin əsas məqsədi isə kateqoriya tələblərinə uyğun olaraq, aşağı yaş qruplarında işlərin necə getdiyini, uşaqlarla iş prinsipini öyrənmək, “Beşiktaş”ın akademiyasının strategiyası ilə yaxından tanış olmaqdı. Tərlan Əhmədov həmçinin klubun infrastruktu ilə də tanış olacaq.
Baş məşqçimiz artıq akademiya ilə tanışlığı başa vurub. Aşağı yaş qruplarından birinin məşqini izlədikdən sonra isə Əhmədov “Beşiktaş”ın Gənclik İnkişaf Proqramının koordinatoru və texniki direktoru Əmrah Bayraktarla görüşüb. Görüşdən sonra xatirə şəkli də çəkilib.
(Klub saytı)
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”