Dünya futbolu
Afrikanın ən yaxşısı bu 3 nəfərdən biri olacaq
Afrika Futbol Konfederasiyası (CAF) 2014-cü ilin ən yaxşı fut…
Afrika Futbol Konfederasiyası (CAF) 2014-cü ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün namizədlərin adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, baş mükafata, həmişəki kimi, Avropada çıxış edən futbolçular iddialıdı.
Pyer-Emerik Obameyanq ("Borussiya" D), Vensan Enyeama ("Lill"), Yaya Ture ("Mançester Siti") son 3 namizəd arasına düşməyi bacarıb. Afrikanın 2014-cü il üçün ən yaxşı futbolçusunun adına yanvarın 8-də aydınlıq gələcək.
Qeyd edək ki, həmin gün qitənin ən yaxşı gənc futbolçusu da bəlli olacaq. Klinton N`Sie ("Olimpik" L), Vensan Abubakar ("Portu") və Yasin Brahimi ("Portu") bu nominasiyada namizədlərdi.