Ölkə futbolu
Xəbərimiz təsdiqləndi: Rəşad Sadiqov rəsmən “Qəbələ”də!
“Xəzər Lənkəran”ın apardığı islahatar nəticəsind…
“Xəzər Lənkəran”ın apardığı islahatar nəticəsində komandadan göndərilən Rəşad Sadiqovun yeni iş yeri tapmasının an məsələsi olduğunu diqqətinizə çatdırmışdıq. Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu rəsmən “Qəbələ” ilə anlaşıb.
Klubun meneceri Səbuhi Səfiyarlı saytımıza verdiyi açıqlamada Sadiqovla anlaşdıqlarını təsdiqləyib. Onun sözlərinə görə, Rəşad “Qəbələ” ilə 6 aylıq müqavilə imzalayıb.