Bizi izləyin

Ölkə futbolu

Həmin AZAL, həmin strategiya

4-5 oyundan bir qələbə, ən axırıncı olmadan turnir cədvəlinin…

blank
4-5 oyundan bir qələbə, ən axırıncı olmadan turnir cədvəlinin son pillələrində fırlanmaq, baş qatmaq… Əvəzində sponsorun milyonlarını havaya sovurmaq, kimlərinsə cibini doldurmasına xidmət etmək və çempionatı yola vermək…
 
AZAL haqqın yolunu tapıb. Çempionluğun xəyal, avrokuboklara vəsiqə qazanmağın arzu olduğunu bilən klub Premyer Liqada da iştirak xatirinə iştirak edir. Hədəf yox, məqsəd yox. Və maraqlıdı ki, bu komandadan başqa hamının nəsə istəyi var. Daha öndə qərarlaşan 6 komanda birbaşa avrokuboklara vəsiqə üçün döyüşürsə, sonrakı yerlərdə qərarlaşan “Sumqayıt”la “Bakı”nın da müəyyən “məşğuliyyət”i var. “Gənclik şəhəri” təmsilçisi milli komandalara gənc futbolçuların hazırlanmasının öhdəsindən az-çox gəlirsə, yaşamaq uğrunda mübarizə aparan “zolaqlılar” da AZAL-dan daha xeyirli işlə məşğuldu. “Bakı” son 2 ildə gənc futbolçuların yetişdirilməsi baxımından həqiqətən diqqqətçəkən iş görüb. Daha doğrusu, çoxdan görülən iş son 2 mövsümdə nəticəsini verir.
Bəs, AZAL nəyə xidmət edir? Akademiyasında yetişən bir futbolçu belə milli komandaya çağırılmayan “təyyarəçilər” neçə illərdi baş qatır, kiminsə boğazından kəsilən pulları ona-buna yedizdirir. İndi komandada kimi dindirsən iddialı olmalarından, avrokuboklara vəsiqə uğrunda döyüşəcəklərindən bəhs edəcək. Necə? Bax, bu sualın cavabını özləri də bilmir.
AZAL üçün mövsüm “Araz Naxçıvan” çempionatı tərk edən gün bitib. Artıq Premyer Liqada qalacaqları dəqiqləşən komandanın rəhbərliyi baş girləməklə, artıq xərclərdən qaçmaqla məşğuldu. Düzdü, komandanın hamiləri yenə normal pul xərcləyir. Ancaq Cahangir Əsgərovun ayırdığı yatırım gəlib, komandaya çatmır, bir qismi president Zaur Axundovun, müəyyən faizi də vitse-prezident Fikrət Hüseynovun seyfində ilişib qalır.
 
Qış fasiləsində 10-a yaxın futbolçu AZAL-ı tərk edəcək. Onların əksəriyyəti maaşını ala bilmədiyi üçün çıxıb gedir. Köhnə plandı – guya ki, oyunları məşqçilər korpusunu qane etmədiyi üçün yola salınırlar. Əslində isə bu futbolçular bilərəkdən küsdürülür, maaşları isə kimlərinsə cibinə qalır, əvəzində qışda baxışa yeni dəstə gələcək, onlar arasından seçim aparılacaq və 3-4-cü dövrələr üçün ortabab heyət qurulacaq. Yayda yenə eyni hadisələr baş verəcək.
 
AZAL-da hansısa strateji planın olmamasını verdikləri son qərar da təsdiqləyir. Belə ki, komanda xaricə təlm-məşq toplanışına getməyi lazım bilməyib. Avropada hətta həvəskarlardan ibarət komandaların vacib bildiyi hazırlığı AZAL Şüvəlanda keçəcək. Elə bu fakt komandanın nə qədər “iddialı” olmasının göstəricisidi.
 
Fevralda mövsümün ikinci yarısı başlayacaq. AZAL ilk yarıda olduğu kimi yenə yıxıla-dura irəliləyə-irəliləyə 10-15 xal qazanacaq, son pillələrdə qərarlaşacaq. Yayda klubun hamiləri niyə belə olduğunu soruşanda Fikrət Hüseynov Zaur Axundovu digər klublardakı maddi durumla müqayisədə zəif olduqlarına inandıracaq, sponsorlardan daha böyük büdcə istəməyə vadar edəcək. Cahangir Əsgərov yatırımı artırmasa, maxinasiyalar eyni qaydada davam edəcək, artırsa, 1-2 normal transferlə nisbətən güclü komanda yaradılacaq, nəticələr yaxşılaşmayınca klubun digər rəsmisi Vaqif Qasımov ənənəsinə uyğun olaraq, hakimlərdən, havadan, sudan şikayətlənəcək, “yuxarılar”ın diqqətini çəkəcək “bəhanə çətiri” hazırlayacaq. Ola bilsin, baş məşqçi, ola bilsin, 1-2 futbolçu qurban veriləcək. Nəticə isə dəyişməyəcək, pul üyüdən dəyirmana zərrə qədər xətər dəyməyəcək.
 
Bu, gələcəyin işidi. Hələliksə, reallıq odur ki, AZAL toplanışa getmir, bir neçə futbolçu alacağı pullardan əlini üzüb, komandaya ayrılan pullarla isə məmurlar əla Yeni İl tətilinə hazırlaşır.
 
AĞA
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-12 17:27

Qazi parakarateçilər ilk dəfə AÇ-də qızıl və gümüş medallar qazanıblar

blank
Premyer-liqa2024-05-12 17:03

“Qəbələ” “Sabah”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-12 16:54

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Ölkə futbolu2024-05-12 10:36

Mahir Xorvatiya çempionu oldu

blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm