Dünya futbolu
"Yuventus"un Falkao planı
İtaliyanın “Yuventus” klubu Kolumbiya millisinin hü…
İtaliyanın “Yuventus” klubu Kolumbiya millisinin hücumçusu Radamel Falkaonu heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Mənbədə qeyd olunur ki, hazırda icarə əsasında İngiltərə "Mançester Yunayted"də çıxış edə 28 yaşlı futbolçu cari mövsümün sonunda müqaviləsi bitəcək və klubu "Monako"ya qayıdacaq. Əgər ingilislər Falkaonu transfer etmək istəməsə, "Yuventus" Fransa təmsilçisi ilə əlaqəyə keçəcək.
Qeyd edək ki, təcrübəli forvard cari mövsümün əvvəlindən “Mançester Yunayted”də çıxış edir.