"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan yığmasında oynamağın əleyhinə deyil. Futbolinfo.az saytına müsahibəsində braziliyalı futbolçuları millimizlə bağlı sualı belə cavablandırıb:
"Bunu müzakirə etmək lazımdı. Təbii ki, mən də bir brazilyalı kimi öz ölkəmin yığmasında oynamaq istərdim. Ancaq Brazilya yığmasına düşmək çox çətindi. Sizin millidən təklif gəlsə, bunu dəyərləndirərəm".





