“İnter” yarımmüdafiəçisi Henrix Mxitaryanla müqavilənin müddətini uzadıb.
Futbolinfo.az Milan klubunun yaydığı məlumata istinadən xəbər verir ki, 37 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
Mxitaryan 2022-ci ildən “İnter”in formasını geyinir. Ermənistanlı yarımmüdafiəçi bu müddətdə komandanın əsas üzvlərindən birinə çevrilib.
O, ötən mövsüm A Seriyasında 30 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.
