“Zenit”in hücumçusu Halk sabiq klubu “Portu” ilə keçirilən Çempionlar Liqası görüşdən sonra oyun və yararlana bilmədiyi penalti barədə fikir bildirib. Futbolinfo.az xəbər verir ki, futbolçu açıqlamasında bunları dilə gətirib:
 
"Biz bilirdik ki, “Portu” “Petrovski”yə 3 xal üçün gəlib. Təəssüflər olsun ki, biz istənilən nəticəni əldə edə bilmədik. Rəqib çox güclü idi. Əsasən də onun müdafiəsi. Əlbəttə, “Portu”nun yeri ürəyimdədi, lakin mən “Zenit”lə daha irəliyə getmək istəyirəm. 11 metrlik zərbəni vura bilmədiyim üçün təəssüflənirəm. Ancaq burada qapıçının oyununu qiymətləndirməmək olmaz".
 
Qeyd edək ki, "Zenit" – "Portu" oyunu 1:1 hesabı ilə başa çatıb.
Shares: