İspaniya La Liqasının ən yüksək maaş alan baş məşqçilərinin adı məlum olub. Futbolinfo.az saytının "Sportune" nəşrinə istinadən verdiyi məlumata görə, La Liqanın ən çox gəlir əldə edən çalışdırıcısı illik 7 milyon yarım avro qazanan Karlo Ançelottidi.
 
"Real"ın baş məşqçisi bu məbləği vergiləri çıxmaq şərti ilə əldə edir. "Barselona"nın çalışdırıcısı Xerardo Martino 4.5 milyon avro ilə ikinci pillədə qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə 2 milyon avro ilə La Liqanın ən çox qazanan üçüncü baş məşqçisidi.
Shares: