"Fənərbaxça"nın portuqaliyalı futbolçusu Bruno Alves bazar günü "Qalatasaray"la keçirəcəkləri görüşü dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, 31 yaşlı müdafiəçi superliqada çempion olmaq üçün bu matçda qələbə qazanmalı olduqlarını bildirib:
"Çox az vaxt qaldı. Bizim üçün ən vacibi qələbə seriyamızı davam etdirməkdi. Çox əhəmiyyətli bir matçdı, ancaq bizim hədəfimiz çempionluqdu. Bu yarışda iddiamızı davam etdirə bilmək üçün də "Qalatasaray"ı məğlub etməliyik".
Xatırladaq ki, bazar günü baş tutacaq "Fənərbaxça" – "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşdə Bülent Yıldırım fit çalacaq.





