"Qarabağ"ın yeni qapıçı – İbrahim Şehiçi almasından sonra komandanın xorvatiyalı qolkiperi Miro Varvodiçin Ağdam klubundan ayrılacağı barədə xəbərlər səngimək bilmir. Futbolinfo.az saytına açıqlama verən Varvodiç bu barədə gəzən söhbətlərə münasibət bildirib:
"Komandada qalıb-qalmayacağım haqda hələlik dəqiq heç nə bilmirəm. Bu, baş məşqçinin qərarından asılıdı. Mən komandada qalsam da, qalmasam da "Qarabağ" çempion olacaq. Ağdam klubu mənim ürəyimdədi".
Shares: