"Araz Naxçıvan" klubunun daha bir fan-klubu yaranıb. Futbolinfo.az xəbər verir ki, artıq Bakıda "Araz Naxçıvan"ın "Nəqşicahan" fanklubu təsis olunub.
8 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılb. Fan-klubun idarəçiləri arasında qeyri-millətdən olan Yanuş Romanenko da yer alıb.
"Nəqşicahan" adlanan fan-kluba yeni yaranmasına baxmayaraq artıq 20-dən çox müraciət edilib.





